Bank Of Baku

Gəncədə “Hökmdarın taleyi” filminin premyerası keçirilib

Gəncədə “Hökmdarın taleyi” filminin premyerası keçirilib
# 23 iyul 2008 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin binasında İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsi əsasında Elçin Əfəndiyevin ssenariləşdirdiyi “Hökmdarın taleyi” filminin premyerası keçirilib. APA-nın məlumatına görə, premyerada “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzinin və filmin baş prodüseri Vaqif Əsədullayev, filmin baş rol ifaçısı xalq artisti Fəxrəddin Manafov, Günəş Əliyeva və Əli Cəfərov iştirak ediblər. Tədbirdə çıxış edən Vaqif Əsədullayev və Fəxrəddin Manafov filmin süjet xəttinin əsasını Azərbaycan xanlıqlarının azadlıq mübarizəsi, XIX əsrin əvvəllərindəki tarixi hadisələrin təşkil etdiyini bildiriblər. V. Əsədullayev deyib ki, filmin premyerası Mədəniyyət və Turizm Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov həm aktyorlarla master-klasslar keçirib, həm də filmin baş rolu - İbrahim xanı canlandırıb. Filmdə Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Bariyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovskiy, Aleksandr Qalibin, İlyar Şakunov, Tacikistan aktyoru Saydo Qurbanov və başqaları çəkilib. Film “Mosfilm”in nəzdində fəaliyyət göstərən “Ton studio”da Azərbaycanda bu günə kimi istifadə edilməyən “5+1” Dolbi Stereo sistemində çəkilib. Filmin Gəncədəki nümayişi yaradıcı heyətin özü ilə apardığı xüsusi apartura vasitəsi ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR