Bank Of Baku

Xalq artisti Arif Babayev İranda konsert verəcək

Xalq artisti Arif Babayev İranda konsert verəcək
# 24 iyul 2008 14:28 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Avqustun əvvəlində İranda bir həftəlik konsert proqramına hazırlaşırıq. Bu ölkənin bir neçə şəhərində ardıcıl konsertlərimiz olacaq. Onlar bizim xanəndələrin ifasında muğamlarımızı dinləməyi çox sevirlər, biz də həmişə olduğu kimi, xalq mahnılarımızı, təsniflərimizi sevə-sevə təqdim edəcəyik”. Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Arif Babayev deyib. O, Bakıda da konsertinin planlaşdırıldığını bildirib: “Payızda solo konsert proqramı ilə çıxış etməyə hazırlaşıram. Tələbələrimlə bir yerdə Azərbaycan muğamlarının dördünü tamaşaçılarımıza təqdim etmişik. İndi “Bayatı-Şiraz”, “Humayun” və “Şüştər” muğamlarımızın üzərində işləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR