Bank Of Baku

Azərbaycanın əməkdar artisti Mais Salmanov vəfat edib

Azərbaycanın əməkdar artisti Mais Salmanov vəfat edib
# 25 iyul 2008 09:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü Mais Qurban oğlu Salmanov uzun sürən ağır xəstəlikdən sonra bu gün vəfat edib. Bu barədə APA-ya mərhumun ailəsindən məlumat verilib. Mərhum bu gün Bakıda torpağa tapşırılacaq.
1933-cü ildə Şəmkirdə anadan olan M. Salmanov Bakı Dövlət Universiteti (o vaxt Azərbaycan Dövlət Universiteti) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun rolunu ifa edib.
Qeyd edək ki, M. Salmanov tanınmış neftçi Fərman Salmanovun qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR