Bank Of Baku

Azərbaycanın klassik musiqiçiləri Münhen Opera və Sənət Festivalında çıxış edəcək

Azərbaycanın klassik musiqiçiləri Münhen Opera və Sənət Festivalında çıxış edəcək
# 25 iyul 2008 10:28 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada XII Münhen Opera və Sənət Festivalında çıxış edəcək.
Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Kollektiv festival çərçivəsində iyulun 30-da və avqustun 1-də Cüzeppe Verdinin “Piqoletto” operasında, avqustun 3-də isə təntənəli final konsertində çıxış edəcək. Hazırda Almaniyada olan teatrın solisti Əvəz Abdullayevin ifasında isə festival iştirakçılarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim edilir.
Qeyd edək ki, iyunun 15-də başlayan bu festival çərçivəsində dünyanın klassik musiqiçilərinin silsilə konsertləri təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR