Bank Of Baku

Rusiyalı baletmeyster “Yeddi gözəl”ə quruluş verəcək

Rusiyalı baletmeyster “Yeddi gözəl”ə quruluş verəcək
# 25 iyul 2008 11:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti yeni quruluşda səhnələşdirilir.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan baletmeyster Vasili Medvedev Bakıya dəvət edilib. Bəstəkarın 90 illiyinə həsr edilmiş tamaşanın quruluşçu rəssamı Böyük Teatrın rəssamı Dmitri Çorabadje, dirijoru isə hazırda Türkiyədə yaşayan Elşad Bağırov, geyim rəssamı Tahir Tahirovdur. Tamaşanın ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR