Bank Of Baku

Azərbaycanı beynəlxalq festivalda 100 saniyəlik filmlər təmsil edəcək

Azərbaycanı beynəlxalq festivalda 100 saniyəlik filmlər təmsil edəcək
# 25 iyul 2008 14:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Əcnəbi tamaşaçılarda Azərbaycan kinosu və kinematoqrafçılarının düşüncəsi barədə təsəvvür yaratmaq üçün 10 ədəd yüzsaniyəlik film çəkilir. Bu barədə APA-ya “Yeni dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib. O, bu qısametrajlı filmlərin tammetrajlı ekran əsərlərinin bir abzasını xatırlatdığını, amma bitkin süjet xəttinə və bədii həllə malik olduğunu bildirib: “İlk dəfə dünya kinosunun 100 illiyində 40 rejissora 1 dəqiqəlik film çəkilməsi tapşırılıb. Azərbaycan kinematoqrafçıları isə 1 dəqiqə yarım ekran vaxtında öz potensialını nümayiş etdirəcək. Filmlər xarici prodüserlər və kinematoqrafçılar üçün nəzərdə tutulub. Filmlərin artıq 6-nı çəkmişik, qalanları da çəkilir”. R. Həsənovun sözlərinə görə, filmlərin bu il noyabrın 12-17-də İranda keçiriləcək beynəlxalq qısametrajlı filmlər festivalında nümayişi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR