Bank Of Baku

Atatürk Mərkəzində “Azərbaycanın xaricdə təbliği” mövzusunda dəyirmi masa keçirilib

Atatürk Mərkəzində “Azərbaycanın xaricdə təbliği” mövzusunda dəyirmi masa keçirilib
# 28 iyul 2008 12:50 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Atatürk Mərkəzində “Azərbaycanın xaricdə təbliği” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada Azərbaycanın mətbuat orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Berlində yaşayan tədqiqatçı, Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi minilliyin Azərbaycan poeziyasının alman dilində nəşrə hazırlandığını bildirib: “Azərbaycan ədəbiyyatına həsr olunan “Pərvanə və şam” adlı antologiya “Mattes und Seiz Berlin” nəşriyyatında çap mərhələsindədir. Kitabın bu ilin oktyabrında Frankfurtda keçiriləcək beynəlxalq kitab sərgisində nümayişi nəzərdə tutulub”. O, Məhəmməd Əsəd bəyin “Qurban Səid” imzası ilə yazdığı “Sevgidən bixəbər kişi” romanının əlyazmasının və müəllifə aid arxiv sənədlərinin ilk dəfə Azərbaycanda çapının mühüm hadisə olduğunu, amma Almaniyada keçirilən “Azərbaycan Mədəniyyəti İli” çərçivəsində bu mövzudan söz açılmamasından təəssüfləndiyini deyib. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, tərcüməçi-alim Çərkəz Qurbanov, ABŞ-da yaşayan jurnalist Gülbəniz Arifqızı çıxışlarında Azərbaycan həqiqətlərinin təbliği üçün mətbuat və ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışıblar. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Nuridə Atəşiyə Avropada, Gülbəniz Arifqızına isə ABŞ-da birliyin təmsilçilik hüququnu verən vəsiqəni təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR