Bank Of Baku

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dram əsərlərinin müsabiqəsini elan edib

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dram əsərlərinin müsabiqəsini elan edib
# 28 iyul 2008 13:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyi 35 yaşa qədər olan müəlliflərin yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik dram əsərlərini dəyərləndirmək, ən yaxşı əsərləri müvafiq teatrların repertuarına daxil etmək məqsədilə dram əsərlərinin müsabiqəsini elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə qəbul bu il sentyabrın 1-dən 2009-cu il aprel ayının 1-dək aparılacaq. Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilən sənədlər iki bağlı zərfdə yerləşdirilməlidir. Birinci zərfdə dram əsərinin kompüterdə yığılmış variantı (imzasız) və əsər haqqında müəllifin bir səhifəlik şərhi, ikincidə isə müəllifin yaradıcı imzası, şəxsiyyət vəsiqəsinin surəti, ev ünvanı və əlaqə telefonları qeyd olunmalıdır. Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı əsər müəyyən ediləcək və nazirlik tərəfindən satın alınaraq, müvafiq teatrlarda dövlət sifarişi ilə səhnələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR