Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
# 28 iyul 2008 13:59 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Türkiyə rəsm sənətinin önəmli məbədlərindən olan Təşvikiyyədəki “Dərinliklər” Sənət Mərkəzində azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun yağlı boya tablolarından ibarət fərdi sərgisi açılıb. Sərgidə rəssamın modern stildə işlədiyi 23 əsər nümayiş etdirilir. “Dərinliklər” Sənət Mərkəzinin sahibi Mahmud Müftüoğlu APA-ya açıqlamasında Ə. Fərəcoğlunun emalatxanasını ziyarət edərkən onun yağlı və sulu boya tablolarından çox təsirləndiyini bildirib: “Fərəcoğlunun sərgisi barədə məlumatı “Lebriz” sənət portalı vasitəsilə dünyadakı 20 min ünvana göndərmişəm. Onunla səmərəli əməkdaşlıq edəcəyimizə inanıram”.
Qeyd edək ki, 1956-cı ildə Naxçıvanda anadan olan Əbülfəz Fərəcoğlu yaradıcılığını 1997-ci ildən Türkiyədə davam etdirir. O, 2007-ci ilin sentyabrında İstanbulun Yeşilyurt səmtində özünün “Ekim” sənət emalatxanasını yaradıb və orada 50 tələbəyə dərs deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR