Bank Of Baku

Professional Kinorejissorlar Gildiyası Türkiyə istehsalı olan filmlərin Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri ərazisində yayımına nəzarət edəcək

Professional Kinorejissorlar Gildiyası Türkiyə istehsalı olan filmlərin Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri ərazisində yayımına nəzarət edəcək
# 28 iyul 2008 14:03 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Türkiyənin kino və televiziya əsər sahiblərinin və müəlliflərin Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri ərazisində hüquqlarının Azərbaycan Professional Kinorejissorlar Gildiyası tərəfindən qorunması barədə Türkiyə Sinema Əsərləri Məslək Birliyi (SE-SAM) təşkilatı ilə gildiya arasında razılıq əldə olunub. Bu barədə APA-ya gildiyanın mətbuat xidmətindən məlumat verilib. Gildiya SE-SAM-ın verdiyi səlahiyyətlərə əsasında Türkiyə istehsalı olan kino və TV filmlərinin kütləvi nümayişinə, yayımına və satışına nəzarət edəcək, piratlığın qarşısını almaq məqsədi ilə lazımi tədbirlər həyata keçirəcək.
Qeyd edək ki, 200-dən artıq kino şirkətini və birliyini özündə birləşdirən SE-SAM kino prodüserlərin, sinemaçıların və video kaset istehsalçılarının hüquqlarının qorunması və audiovizual əsərlərin kütləvi nümayişinin yayımına və satışına nəzarətin həyata keçirilməsi məqsədi ilə 1987-ci ildə dövlət tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR