Bank Of Baku

Çanaqqalada açılan Piri Rəis muzeyindəki portretləri azərbaycanlı rəssam çəkib

Çanaqqalada açılan Piri Rəis muzeyindəki portretləri azərbaycanlı rəssam çəkib
# 28 iyul 2008 22:54 (UTC +04:00)
Çanaqqala – APA. Çanaqqalanın tarixi Gelibolu qəsəbəsində türk dənizçiliyinin əsasını qoyan Piri Rəisin adına muzey açılıb. Bahçeşehir Universitetinin maddi dəstəyi ilə yaradılan muzeyin açılışında Türkiyə Dəniz Qüvvələri komandanı, ordu admiralı Mətin Ataç və Bahçeşehir Universitetinin rektoru, professor Dəniz Ülkə Arıboğan da iştirak ediblər. Muzeydə nümayiş etdirilən Piri Rəisin portretlərini azərbaycanlı rəssam, İstanbuldakı Yedditəpə Universitetinin müəllimi Rafiq Novruzoğlu çəkib. R. Novruzoğlu APA-nın Türkiyə bürosuna açıqlamasında iki ildən çoxdur Türkiyə Dəniz Qüvvələri komandanlığı ilə yaxından əməkdaşlıq etdiyini bildirib: “İstanbulun Beşiktaş rayonundakı Dəniz Qüvvələri Muzeyində mənə emalatxana ayrılıb. Piri Rəisin portretlərini çəkmək üçün Çanaqqala bölgəsi insanlarının köhnə fotolarından istifadə etmişəm. 2009-cu il iyulun 1-də İstanbulda Türkiyə Dəniz Qüvvələri komandanlığının çoxmərtəbəli muzeyi açılacaq. Komandanlıqla əməkdaşlığım uzun müddət davam edəcək”.
Qeyd edək ki, 1953-cü ildə Göyçay rayonunda anadan olan Rafiq Novruzoğlu 1992-ci ildən yaradıcılığını İstanbulda davam etdirir. O, 1996-cı ildən İstanbuldakı Yedditəpə Universitetində müəllim işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR