Bank Of Baku

Gəncədə həvəskar rəssamların və tətbiqi sənət ustalarının zona sərgisi keçirilir

Gəncədə həvəskar rəssamların və tətbiqi sənət ustalarının zona sərgisi keçirilir
# 29 iyul 2008 07:11 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncədə 12 rayon üzrə həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin baxış müsabiqəsi keçirilir. Sərgidə rəsm əsərləri, xalçaçılıq, tikmə taxta üzərində oyma və dəmir üzərində işlər nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi metodik mərkəzin İncəsənət Birlikləri şöbəsini müdiri Polad Zeynalovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, sərgiyə 40 sənətkarın 150-dən artıq əl işi göstərilir. Ən yaxşı 80 əsər sentyabrda respublika həvəskar rəssamların və tətbiqi sənəd ustalarının əl işlərinin sərgisində nümayiş etdiriləcək. Münsiflər heyətinin rəyi əsasında hər bir janr üzrə üç ən yaxşı əsər diplom və pulla mükafatlandırılacaq. Sərgi Gəncədə 3 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR