Bank Of Baku

Azərbaycanlı rəssam-heykəltəraş İstanbulda türk tarixinin 17 ən böyük şəxsiyyətinin heykəlini yaradacaq

Azərbaycanlı rəssam-heykəltəraş İstanbulda türk tarixinin 17 ən böyük şəxsiyyətinin heykəlini yaradacaq
# 29 iyul 2008 07:56 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Əsənyurd bələdiyyəsinin “Türk böyükləri” mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev qalib gəlib. APA-nın Türkiyə bürosunun məlumatına görə, türk tarixində önəmli rol oynamış 17 şəxsiyyətin heykəli bələdiyyənin açacağı yeni istirahət parkında qoyulacaq. S. Eynullayev belə mühüm tenderdə qalib gəlməyin böyük şərəf olduğunu bildirib: “Atilladan başlayaraq türk tarixinə yön vermiş 16 hökmdarla birlikdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəli də yeni yaradılacaq istirahət parkında ucaldılacaq. İndi heykəllərin bürüncdən tökülməsi üçün emalatxanada çalışıram. 17 heykəli 29 oktyabr - Cümhuriyyət bayramına çatdırmalıyam”.
Xatırladaq ki, Sənan Eynulayyev bir neçə ay əvvəl Çingiz Aytmatovun Türkiyədə rus dilində buraxılan 8 cildlik əsərlər məcmuəsinə qrafik illüstrasiyalar çəkmək üçün keçirilən tenderdə də qalib gəlib. 1956-cı ildə Bakıda anadan olan S. Eynullayev Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri yaradıcılığını İstanbulda davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR