Bank Of Baku

Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazanıb

Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazanıb
# 30 iyul 2008 08:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı -APA. İtaliyada keçirilən beynəlxalq qisametrajlı filmlər festivalında Azərbaycan rejissoru Alina Abdullayevanın “Çalış, nəfəs alma” filmi “Ən yaxşı qısametrajlı film” nominasiyasında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Bu barədə APA-ya filmin rejissoru və ssenari müəllifi A. Abdullayeva məlumat verib. 2006-cı ildə “Dərviş” prodüser mərkəzində çəkilən filmin prodüseri Aynur Mustafayeva, baş rolların ifaçıları isə xalq artisti Fəxrəddin Manafov və “Unformal” qrupunun solisti Dilarə Kazımovadır.
Qeyd edək ki, “Çalış, nəfəs alma” 2006-cı ildə “Ən yaxşı rejissor debütünə görə” Azərbaycan Kinematoqrafçılar İttifaqının “Qızıl Çıraq” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR