Bank Of Baku

Milli Kino Günündə qeyri-adi sərgi təşkil olunacaq

Milli Kino Günündə qeyri-adi sərgi təşkil olunacaq
# 30 iyul 2008 13:52 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Milli Kino Günündə Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş “110 ilin salnaməsi” adlı səyyar sərgi təşkil olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Dövlət Film Fondunun sədri Cəmil Quliyev sərginin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunduğunu deyib: “Bu, qeyri-adi bir sərgidir. Sərgidə Azərbaycan filmlərindən kadrlar yox, çəkiliş prosesini əks etdirən fotolar nümayiş olunacaq. Məşhur Azərbaycan filmlərinin istehsal prosesini canlandıran fotolar kinonun necə yaranması haqqında təsəvvür yaradacaq”.
Sərgi avqustun 2-də “Azərbaycan” kinoteatrının qarşısında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR