Bank Of Baku

Şəmistan Əizamanlı Türkiyədə keçiriləcək folklor bayramında iştirak edəcək

Şəmistan Əizamanlı Türkiyədə keçiriləcək folklor bayramında iştirak edəcək
# 31 iyul 2008 11:12 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Avqustun 6-18-də Türkiyənin Kayseri şəhərində keçiriləcək “Dadaloğlu” beynəlxalq folklor bayramında Azərbaycanı vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı təmsil edəcək. Bu barədə APA-ya məlumat verən Ş. Əlizamanlı tədbirdə hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa edəcəyini deyib: “Türkiyədə xalq ozanı olan Dadaloğlunun adı ilə ənənəvi şənliklər təşkil olunur. Bütün türk dünyasının təmsil olunduğu bu sənət bayramına bu il mən dəvət olunmuşam”. Ş. Əlizamanlı tədbirdə Azərbaycan xalq mahnıları və Aşıq Veysəlin yaradıcılığından nümunələr də ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR