Bank Of Baku

Vətəndaşlar arasında ən populyar Azərbaycan filmi «Ögey ana»dır - SORĞU

Vətəndaşlar arasında ən populyar Azərbaycan filmi «Ögey ana»dır - <font color=red>SORĞU</font>
# 31 iyul 2008 15:43 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı – APA. Avqustun 2-də Azərbaycan kinosunun 110 illiyi qeyd olunacaq. Bu münasibətlə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin «Dövri Nəşrlər və Sosioloji Araşdırmalar» Departamenti Bakı Telefon Rabitəsi İstehsalat Şəbəkəsinə daxil olan 467 indeksli ATS-in 302 abonenti arasında sorğu keçirib. Departamentdən APA-ya verilən məlumata görə, sorğuya «Ən çox bəyəndiyiniz Azərbaycan filmi hansıdır» sualı daxil edilib. Respondentlərin 224 nəfəri (74,17%) qadın, 70 nəfəri (23,19%) kişi, 8 nəfəri (2,64%) isə yeniyetmə olub.
Respondentlər 358 dəfəyə 43 filmin adını çəkiblər. Ən çox adı çəkilən «Ögey ana» (46), «Qayınana» (34) və «O olmasın, bu olsun» (26) filmləri olub.

Sorğunun tam nəticələri isə belədir:

1. «Ögey ana» 46 (12,85%)
2. «Qayınana» 34 (9,50%)
3. «O olmasın, bu olsun» 26 (7,26%)
4. «Arşın mal alan» 25 (6,98%)
5. «Bəyin oğurlanması» 24 (6,70%)
6. «Yeddi oğul istərəm» 21 (5,87%)
7. «Bəxt üzüyü» 20 (5,59%)
8. «Böyük dayaq» 16 (4,47%)
9. «Əhməd haradadır?» 15 (4,19%)
10. «Təhminə» 12 (3,35%)
11-13. «Arxadan vurulan zərbə» 10 (2,79%)
«Yol əhvalatı» 10 (2,79%)
«Alma almaya bənzər» 10 (2,79%)
14. «Uzaq sahillərdə» 9 (2,51%)
15. «Axırıncı aşırım» 8 (2,25%)
16-20.«Ulduz» 6 (1,67%)
«Onu bağışlamaq olarmı?» 6 (1,67%)
«Babək» 6 (1,67%)
«Nəsimi» 6 (1,67%)
«Bizim Cəbiş müəllim» 6 (1,67%)
21. «Uşaqlığın son gecəsi» 5 (1,40%)
22-23. «Qanun naminə» 4 (1,12%)
«Fəryad» 4 (1,12%)
24. «Lətifə» 3 (0,84%)
25-31. «Gün keçdi» 2 (0,56%)
«Dədə Qorqud» 2 (0,56%)
«Bəxtiyar» 2 (0,56%)
«Evlənmək istəyirəm» 2 (0,56%)
«Otel otağı» 2 (0,56%)
«Atları yəhərləyin!» 2 (0,56%)
«Dağlarda döyüş» 2 (0,56%)
32-43. «Qızmar günəş altında» 1 (0,28%)
«Qorxma, mən səninləyəm» 1 (0,28%)
«Dərviş Parisi partladır» 1 (0,28%)
«Mən mahnı qoşuram» 1 (0,28%)
«Qərib cinlər diyarında» 1 (0,28%)
«Həm ziyarət, həm ticarət» 1 (0,28%)
«Bir qalanın sirri» 1 (0,28%)
«Mən ki gözəl deyildim...» 1 (0,28%)
«Tütək səsi» 1 (0,28%)
«Nizami» 1 (0,28%)
«Sehrli xalat» 1 (0,28%)
«Telefonçu qız» 1 (0,28%)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR