Bank Of Baku

Məşhur Hollivud aktrisası xəstəxanaya yerləşdirilib

Məşhur Hollivud aktrisası xəstəxanaya yerləşdirilib
# 01 avqust 2008 08:08 (UTC +04:00)
London – APA. Məşhur Hollivud aktrisası Elizabet Teylorun səhhətində problem yaranıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dünən o, xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı E. Teylorun nümayəndələrinin yaydığı açıqlamada aktrisanın səhhətində ciddi problem olmadığını, onun özünü normal hiss etdiyini bildirilib. Açıqlamada aktrisanın xəstəxanaya yerləşdirilməsinin profilaktika məqsədli olduğu vurğulanıb: “Hər ehtimala qarşı aktrisanın həkim nəzarətində olmasını istədik. Onun səhhətində kəskin problemlərin olması barədə məlumatlar isə əsasızdır və şişirdilib. O, yaxın günlərdə evə buraxılacaq”.
Bununla belə, 76 yaşlı aktrisanın hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb.
Qeyd edək ki, E. Teylor Hollivudun ən məşhur aktrisalarından biridir. İki dəfə “Oskar” mükafatına layiq görülən aktrisa “Kleopatra”, “Vircinya Vulfdan kim qorxur” və digər filmlərdə baş rolları ifa edib. Kinodan gedəndən sonra – son 20 il ərzində o, QİÇS-lə mübarizə kampaniyalarında aktiv iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR