Bank Of Baku

İranlı muğam ifaçısı Azərbaycanda konsert verəcək

İranlı muğam ifaçısı Azərbaycanda konsert verəcək
# 01 avqust 2008 11:13 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Avqustun 4-5-də Azərbaycan Dövlət Filarmoniyasında İranlı muğam ifaçısı Şeyda Yavərinin konserti keçiriləcək. APA-nın məlumatına görə, konsertin təşkilatçısı Azərbaycan Mədəniyyət və İncəsənət Ocağıdır. Azərbaycana ilk dəfə gələn xanəndəni Həsən Zərqaninin bədii rəhbərliyi ilə “Xocəstə” ansamblı müşayiət edəcək. Azərbaycan xanəndələrini və musiqiçilərini yaxşı tanıdığını deyən Ş. Yavəri Yaponiya, Koreya, Çində çıxış etdiyini bildirib: “Azərbaycan tamaşaçıları ilə tanış olmağa çox şadam. Sizin ifaçıları və muğamları çox dinləmişəm. Bizim musiqilərimiz bir-birinə çox yaxındır. Konsertimdə “Mahur dəstgahı”, “Nəva”, “Segah” təsniflərini ifa edəcəyəm. Proqramda ilk dəfə ifa etdiyim mahnılar da olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR