Bank Of Baku

İndoneziyanın Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Fondu yaradılacaq

İndoneziyanın Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Fondu yaradılacaq
# 01 avqust 2008 11:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. İndoneziyanın Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Fondu yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu razılıq İndoneziyanın Milli Kitabxanası ilə əməkdaşlıq əlaqələrinin yaradılması barədə danışıqlar nəticəsində əldə olunub. Nazirlik tərəfindən “Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və İndoneziya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum”un layihəsi hazırlanıb və Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib. İranın Milli Kitabxana və Arxiv təşkilatı tərəfindən hazırlanmış “İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərin Milli Kitabxana və Arxiv Təşkilatının Nizamnamə”sinə dair təkliflər də Xarici İşlər Nazirliyinə göndərilib. Bu sənədlərin təsdiqi regional və beynəlxalq əsasda kitabxana-informasiya işi sahəsində əməkdaşlığın genişlənməsi, birgə elmi konfransların keçirilməsi, informasiya banklarının və xüsusi portalların yaradılması, regionda savadlılığın, mütaliə və fasiləsiz təhsilin inkişaf etdirilməsi üçün geniş imkanlar açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR