Bank Of Baku

Azərbaycanda Milli Kino Günü qeyd olunur

Azərbaycanda Milli Kino Günü qeyd olunur
# 02 avqust 2008 07:10 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycanda Milli Kino Günü qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram münasibətilə müxtəlif tədbirlər təşkil edilib. “Azərbaycan” kinoteatrının qarşısında milli kinonun 110 illiyinə həsr olunmuş “110 ilin salnaməsi” adlı səyyar sərgi nümayiş olunur. Sərgidə Azərbaycan filmlərinin çəkiliş prosesini əks etdirən fotolarla tanışlıqdan sonra “Azərbaycan” kinoteatrında yubiley tədbiri keçiriləcək. Rəsmi hissənin yekununda rejissor Şamil Nəcəfzadənin Ramiz Rövşənin ssenarisi əsasında çəkdiyi “Qala” filminin təqdimatı olacaq. Müharibə həyatını əks etdirən filmdə əsas rolları xalq artistləri Rasim Balayev, Firəngiz Mütəllimova, Elmira Şabanova və başqaları ifa ediblər.
Qeyd edək ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən - “İlişdin” adlı qısametrajlı bədii filmlə başlayır. İndiyə qədər Azərbaycanda ümumilikdə 3000-dən artıq film istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR