Bank Of Baku

Moskvada lentə köçürülən “Cavad xan” filmi avqustun sonu Bakıya gətiriləcək

Moskvada lentə köçürülən “Cavad xan” filmi avqustun sonu Bakıya gətiriləcək
# 05 avqust 2008 12:09 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Bizim kino” Prodüser Mərkəzinin istehsal etdiyi “Cavad xan” bədii filminin müasir standartlara uyğun səsləndirilməsi başa çatıb. Kompüter qrafikasından istifadə edilməklə ekranlaşdırılan ilk Azərbaycan filmi hazırda Moskvada yüksək keyfiyyətli lentə köçürülür. Bu barədə APA-ya “Cavad xan” Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Avqustun sonu Bakıya gətiriləcək filmin sentyabrda təqdimatının keçirilməsi nəzərdə tutulur. Azərbaycan xanlıqlarının vəziyyətini, sonuncu Gəncə xanının həyatını əks etdirən bu ekran əsəri 2 saat 43 dəqiqədir. Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilən “Cavad xan”ın quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcovdur. Filmdə əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Amaliya Pənahova, əməkdar artistlər Nuriyyə Hüseynova, Əli Nur ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR