Bank Of Baku

UNESCO-nun dəstəyi ilə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır

UNESCO-nun dəstəyi ilə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır
# 05 avqust 2008 14:37 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. UNESCO-nun sifarişi əsasında ilk dəfə “Azərbaycanın müasir dekorativ tətbiqi sənətinin ensiklopedik kataloqu” hazırlanır. Bu barədə APA-ya layihənin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. O, kataloqda tətbiqi sənət növləri, bu növlərin təmsilçiləri olan rəssamlar haqqında məlumatların və əsərlərin yerləşdiriləcəyini bildirib. Rəngli, nəfis tərtibatla hazırlanan kataloq 150 səhifədən ibarət olacaq. Sentyabrda Vəcihə Səmədova adına Sərgi Salonunda nəşrin təqdimatı və tətbiqi sənət nümunələrinin sərgisi təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR