Bank Of Baku

Azərbaycan Dövlət Kukla Teatrı İranda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Kukla Teatrı İranda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
# 06 avqust 2008 11:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Avqustun 10-16-da İranda XII Tehran Beynəlxalq Kukla Teatrı festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya verilən məlumata görə, festivalı İran Dram Sənəti Qurumu təşkil edib. Fərdi kukla oyunçularının və teatrların qatılacağı festivalda Azərbaycanı Dövlət Kukla Teatrının kollektivi təmsil edəcək. Festival iştirakçılarına rejissor Elşad Rəhimzadənin “Qırmızı papaq” tamaşası təqdim olunacaq. Tamaşanın musiqi tərtibatçısı Cahangir Zülfüqarov, əsas rolların ifaçıları Elşad Rəhimzadə, Səriyyə Manafova və İqbal Əliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR