Bank Of Baku

Bəstəkar Şəfiqə Axundova xəstəxanadan evə buraxılıb

Bəstəkar Şəfiqə Axundova xəstəxanadan evə buraxılıb
# 08 avqust 2008 09:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti, bəstəkar Şəfiqə Axundova bu gün evə buraxılıb. Bu barədə APA-ya açıqlamasında bəstəkarın bacısı Rəfiqə Axundova məlumat verib: “Onun səhhəti artıq normallaşıb. Ürəyində, tənəffüsündə olan problemlər aradan qaldırılıb, ayağında başlayan çürümə də dayandırılıb. Müalicə evdə davam etdiriləcək. Həkimlər bildirdi ki, əsəblərini qorusa, ayağı 5-6 aya sağala bilər”.
Qeyd edək ki, 85 yaşlı Ş. Axundova iyulun 29-da bu xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR