Bank Of Baku

Həştərxanda “İnsan və dəniz” mövzusunda beynəlxalq film müsabiqəsi keçiriləcək

Həştərxanda “İnsan və dəniz” mövzusunda beynəlxalq film müsabiqəsi keçiriləcək
# 08 avqust 2008 09:06 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu ilin oktyabrında Həştərxanda “İnsan və dəniz” mövzusunda beynəlxalq ekologiya videofilmləri müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, müsabiqə Həştərxan şəhərinin 450 illiyinə həsr olunub. Təqdim edilən filmləri qiymətləndirmək üçün müsabiqənin beynəlxalq münsiflər heyəti təsdiqlənib. Azərbaycanlı rejissor Mirbala Səlimov da münsiflər heyətində təmsil olunub. KİV, ekologiya problemləri ilə məşğul olan təşkilatlar, o cümlədən müstəqil rejissor və operatorlar müsabiqədə iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR