Bank Of Baku

Azərbaycan Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evi yaradılacaq

Azərbaycan Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evi yaradılacaq
# 08 avqust 2008 12:43 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evi yaradılacaq. Bu barədə APA-ya məlumat verən fondun sədri Cəmil Quliyev bildirib ki, Uşaq Kino Evində uşaqlar üçün çəkilən bədii, qısametrajlı, sənədli və cizgi filmləri nümayiş olunacaq: “Tamaşaçılar, həmçinin uşaq filmlərinin rejissorları, filmlərdən fotoşəkillər, kino qəhrəmanlarının geyimləri, əşyaları ilə tanış ola biləcəklər. Artıq bütün eksponatlar toplanıb”.
Kino sənətinin təbliği məqsədi ilə yaradılan bu guşə bu ilin noyabrında, Film Fondunun yeni binasında fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR