Bank Of Baku

“Ahısxa türkləri” sənədli filminin çəkilişlərinə başlanıb

“Ahısxa türkləri”  sənədli filminin çəkilişlərinə başlanıb
# 11 avqust 2008 13:49 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Ahısxa türkləri” sənədli filminin çəkilişlərinə başlanıb. Bu barədə APA-ya Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Filmdə ahısxaların sürgün həyatı, mənəvi dəyərləri əks olunacaq, onlara məxsus məişət, dil, əxlaq, mərasim, folklor nümunələri təsvir ediləcək. Ssenari müəllifi Zərnişan İnqilabqızı, quruluşçu rejissoru Elşən Zeynallı olan ekran əsərində azərbaycanlıların, ahısxa türklərinin və gürcülərin çətin anda bir-birini dəstəkləməsi, insanlığa qarşı yönəldilmiş siyasi rejimlərin mahiyyəti canlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR