Bank Of Baku

Türkiyədə Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş sərgi təşkil ediləcək

Türkiyədə Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş sərgi təşkil ediləcək
# 13 avqust 2008 09:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. TÜRKSOY-un dəstəyi ilə Türkiyədə Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş sərgi təşkil ediləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən məlumat verilib. Sərgi 10-19 oktyabrda Ankarada keçiriləcək 45-ci “Altun portağal” beynəlxalq film festivalında və IV Beynəlxalq Avropa Filmləri festivalında nümayiş olunacaq. Azərbaycan kino salnaməsini əks etdirən sərgidə filmlərdən çəkilən 60-a yaxın fotomaterial yer alacaq. Nümayişdən sonra sərginin materialları TÜRKSOY-un Azərbaycana dair fondunda saxlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR