Bank Of Baku

“Çırpınırdın, Qara Dəniz” klipinin təqdimatı keçirilib

“Çırpınırdın, Qara Dəniz” klipinin təqdimatı keçirilib
# 14 avqust 2008 11:23 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycanın əməkdar artisti Azərinin səsləndirdiyi “Çırpınırdın, Qara Dəniz” mahnısının klipinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, klip Asiya Dialoqu İctimai Birliyi, Qafqaz Media Mərkəzi və Qara Dəniz Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının birgə təşkilatçılığı ilə çəkilib. Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva klipin Qafqaz İslam Ordusunun komandiri Nuru Paşaya ithaf edildiyini bildirib: “Sözləri 1914-cü ildə Azərbaycan şairi Əhməd Cavad tərəfindən yazılan bu mahnını 1918-ci ildə Üzeyir Hacıbəyov bəstələyib. Mahnı Türk Ordusunun Bakını erməni-rus birləşmələrindən azad etməsinə ithaf olunub”. S.Nuriyeva layihənin davamı kimi Nuru Paşanın və Türk Ordusunun qəhrəmanlığına həsr edilən “İstiqlal” sənədli filminin çəkilişlərinə hazırlıq görüldüyünü də söyləyib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, millət vəkilləri Gültəkin Hacıbəyli, Məlahət İbrahimqızı, müğənni Azərin, xalq artisti Amaliya Pənahova və başqaları çıxış edərək, Qafqaz-İslam Ordusunun qələbəsinin tarixi əhəmiyyətindən danışıblar.
İştirakçılara “SEPRON Yapım Orqanizsyon”un istehsal etdiyi klip təqdim edilib. Klipin rejissoru Aşkın Sağıroğlu, ssenari müəllifləri Ömər Lüqtfü Mete və Sevil Nuriyevadır. Bu gün Türkiyəyə aparılacaq klipin həmin ölkənin müxtəlif telekanallarında nümayişi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR