Bank Of Baku

Əbülfəs Qarayev Azərbaycanın qərb bölgəsindəki tarix-memarlıq abidələrinin vəziyyəti ilə tanış olub

Əbülfəs Qarayev Azərbaycanın qərb bölgəsindəki tarix-memarlıq abidələrinin vəziyyəti ilə tanış olub
# 14 avqust 2008 13:05 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanın qərb bölgəsinə səfər edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncə şəhərindəki, Daşkəsən, Gədəbəy və Ağstafa rayonlarındakı tarix-memarlıq abidələrinin vəziyyəti ilə tanış olub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirib. Nazir Şah Abbas məscidi, Karvansaray, İmamzadə, Nizami məqbərəsi, XV əsr Alban məbədi, eramızın V əsrinə aid monastır, XVI-XVII əsrlərə aid Zəng, Koroğlu qalaları, almanlar tərəfindən tikilmiş körpü və başqa tarixi abidələrin bərpası və mühafizəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Nazir Ağstafa rayonunda yerləşən, ötən il dekabrın 19-da ölkə başçısının Sərəncamı ilə Dövlət Tarix-mədəniyyət Qoruğu statusu almış Keşikçidağ silsiləsindəki mağaralar kompleksində aparılan tədqiqatla da tanış olub, qoruğun fəaliyyətinin genişləndirilməsi üçün lazımı köməklik göstəriləcəyini bildirib.

Ə. Qarayev, həmçinin bölgədəki kitabxanalar, muzeylər, mədəniyyət evləri və digər sənət ocaqlarının fəaliyyəti ilə də yaxından tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR