Bank Of Baku

Musiqi Ansamblları Birliyi fəaliyyətini bərpa edəcək

Musiqi Ansamblları Birliyi fəaliyyətini bərpa edəcək
# 15 avqust 2008 13:49 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin nəzdində Musiqi Ansamblları Birliyi yenidən fəaliyyətə başlayacaq. Bu barədə APA-ya birliyin direktoru Afət İbrahimova məlumat verib. A. İbrahimovanın sözlərinə görə, birlikdə Azərbaycanın müğənni və ifaçıları çıxış edəcəklər: “Birliyin üzvlərinin iştirakı ilə respublikada və xaricdə konsert proqramları təşkil olunacaq, musiqi albomları işıq üzü görəcək, müxtəlif ədəbi-bədii tədbirlər keçiriləcək”.

Birlik üzvlərinə aylıq qonorar ödəniləcəyini deyən direktor ilk layihənin sentyabrda həyata keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR