Bank Of Baku

Şahmar Ələkbərovun 65 illiyi qeyd olunub

Şahmar Ələkbərovun 65 illiyi qeyd olunub
# 15 avqust 2008 16:39 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Muzey Mərkəzində Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, görkəmli aktyor və rejissor Şahmar Ələkbərovun anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Ş. Ələkbərovun həyat və yaradıcılığını əks etdirən fotolentin nümayişi ilə başlayıb. Dövlət Film Fondunun sədri Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları çıxış edərək, Ş.Ələkbərovun intellektual insan və təsirli ifadə vasitələrinə, məlahətli səsə malik aktyor olduğunu bildiriblər.

1967-ci ildə “Dağlarda döyüş” filmindəki Məzahir obrazı ilə kinoya gələn Ş.Ələkbərov “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə müxtəlif ekran qəhrəmanlarını yaradıb, “Şəhərin yay günləri”, “İmtahan”, “Qəzəlxan” filmlərinə quruluş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR