Bank Of Baku

Azərbaycanlı rəssam Türkiyə sənətçilərinin silsilə portretlərini çəkməyə başlayıb

Azərbaycanlı rəssam Türkiyə sənətçilərinin silsilə portretlərini çəkməyə başlayıb
# 18 avqust 2008 08:36 (UTC +04:00)
İstanbul-APA. Türkiyədə yaşayan soydaşımız, rəssam Hümmət Qaraca bu ölkənin görkəmli sənət adamlarının portretləri üzərində çalışır. Böyük bir layihə çərçivəsində bu işə başlayan soydaşımız artıq Türkiyənin məşhur komediya ustası Ləvənd Kırcanın portretini tamamlayıb. Portret avqustun 19-da İstanbulun Rumeli Hisarı konsert mərkəzində keçiriləcək gecədə Ləvənd Kırcaya təqdim olunacaq. Gecədə məşhur müğənnilər Adnan Şənsəs və Müəzzəz Abaçının çıxışı nəzərdə tutulur. Bu layihə ilə bağlı APA-nın Türkiyə bürosuna açıqlama verən Hümmət Qaraca bu işin bir silsilə olduğunu bildirib: “Adətən hər hansı bir sənətkarın portreti hazır olmayana kimi bu barədə heç bir açıqlama vermiərm. Bu, bir silsilədir. Yaxın günlərdə yeni portretlərin təqdimat mərasimləri keçiriləcək”.

Qeyd edək ki, 1956-cı ildə Borçalıda anadan olan Hümmət Qaraca 1992-ci ildən Türkiyədə yaşayır. Müasir türk rəsm sənətində peyzaj janrının ən yaxşı ustalarından biri kimi tanınan Hümmət Qaracanın indiyə kimi 20 frdi sərgisi açılıb. 2007-ci il iyunun 7-də İstanbulda keçirilən auksionda onun çəkdiyi Atatürk portreti rekord qiymətə - 400 min dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR