Bank Of Baku

Rusiyalı baletmeyster Qara Qarayevin “Yeddi gözəl” baletinə quruluş verəcək

Rusiyalı baletmeyster Qara Qarayevin “Yeddi gözəl” baletinə quruluş verəcək
# 18 avqust 2008 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sentyabrda yenidən səhnələşdiriləcək Qara Qarayevin “Yeddi gözəl” baletinə Sankt-Peterburqda yaşayan baletmeyster Vasili Medvedev quruluş verəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva APA-ya bildirib ki, “Yeddi gözəl” baletinin musiqi rəhbəri və dirijoru Türkiyədə yaşayan həmyerlimiz, İstanbul Opera və Balet Teatrının dirijoru Elşad Bağırov, quruluşçu rəssamı Moskva Böyük Teatrının rəssamı Dmitrii Corbadji, liberetto müəllifi Yana Temiz, geyimlər üzrə rəssamı isə Tahir Tahirovdur. Ş. Ağamirzəyeva tamaşanın geyimlərinin artıq hazır olduğunu bildirib. Məşqlərin sentyabrdan başlanacağını deyən mətbuat xidmətinin rəhbəri bildirib ki, baletin təqdimatı bu ilin sonunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR