Bank Of Baku

Kazanda sülh və barışıq naminə musiqi festivalı keçiriləcək

Kazanda sülh və barışıq naminə musiqi festivalı keçiriləcək
# 18 avqust 2008 12:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avqustun 30-da Tatarıstanın paytaxtı Kazanda dünyanın müxtəlif yerlərindən gəlmiş musiqiçilərin iştirakı ilə sülh və barışıq naminə böyük musiqi festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalın keçirilməsi təşəbbüsü tanınmış Rusiya musiqiçisi Andrey Makareviçə məxsusdur. Festivalın əsas məqsədi müxtəlif millətlərə və dinlərə aid xalqlar arasında davam edən düşmənçiliyə son qoymaqdır. Təşkilatçılar hesab edir ki, bu məqsədə çatmaq üçün bu xalqlar bir birinin mədəniyyəti ilə tanış olmalıdır. Onlar İsrail və Fələstin, Azərbaycan və Ermənistan, ABŞ və İran musiqiçilərinin eyni səhnəni bölüşməsinə nail olmaq istədiklərini bildiriblər. Gürcüstanda baş verən hadisələrlə bağlı iştirakçılar sırasına gürcü müğənnisi Eteri Beriaşvili və osetin İrina Tomayeva da daxil edilib. Festivalı islam, xristian, buddizm və iudazm dinlərinin təmsilçiləri açıq elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR