Bank Of Baku

Rafael Dadaşov: “Müalicəm başa çatdıqdan sonra yaradıcılığıma davam etmək üçün heç bir problem olmayacaq”

Rafael Dadaşov: “Müalicəm başa çatdıqdan sonra yaradıcılığıma davam etmək üçün heç bir problem olmayacaq”
# 18 avqust 2008 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “İndi özümü yaxşı hiss edirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Bu müddət ərzində ölüm qorxusu hiss etmədim”. Bu sözləri APA-ya açıqlamasında ürəyindən əməliyyat olunan Azərbaycanın xalq artisti Rafael Dadaşov deyib. Aktyor onun yanında olan hər kəsə və həyatını qurtaran cərraha təşəkkürünü bildirib: “Əgər yanımda olan insanlar mənə dəstək olmasaydılar, ürək-dirək verməsəydilər, nə olacağını Allah bilir. Şükür edirəm ki, biz bu ağır yolu keçə bildik”.

R. Dadaşov deyib ki, bir həftə Mərkəzi Neftçilər Xəstəxanasında qalacaq və daha sonra müalicəsi ev şəraitində davam etdiriləcək. Onun sözlərinə görə, bu xəstəliyin müalicə və reabilitasiya müddəti, adətən iki ay davam edir. Müalicə başa çatdıqdan sonra isə onun yaradıcılığa davam etməsinə heç bir problem olmayacaq.

Qeyd edək ki, avqustun 11-də Mərkəzi Neftçilər Xəstəxanasında R. Dadaşovun ürəyində şuntlama əməliyyatı aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR