Bank Of Baku

Azərbaycanın xalq artisti Flora Kərimova Türkiyədə əməliyyat olunacaq

Azərbaycanın xalq artisti Flora Kərimova Türkiyədə əməliyyat olunacaq
# 19 avqust 2008 10:27 (UTC +04:00)
Artıq iki ilə yaxındır, qara eynəkdə gəzən xalq artisti bir aydan sonra tamaşaçıların qarşısına eynəksiz çıxacağını deyib: “Artıq əməliyyatın vaxtı dəqiqləşdirilib. Əslində, mən bu əməliyyata çoxdan getməli idim, sadəcə, televiziyalardan birində təşkil olunmuş musiqi yarışmasında münsiflər heyətində olduğum üçün vaxtı uzatdıq. Əsas odur ki, sentyabrın ortalarında qara eynəkdən xilas olacağam. Gözlərimin vəziyyəti indi bir az yaxşılaşıb. İlk əməliyyat 2006-cı ilin dekabrında uğursuz alındığından, ikinci əməliyyata getdim. Təəssüf ki, ikinci əməliyyat da uğurlu olmadı. Üçüncü əməliyyatdan sonra gözlərimin əvvəlki vəziyyətə qayıdacağına ümid edirəm”.

Bu günlərdə sağ qolundan da əməliyyat olunan xalq artisti, artıq bu problemin arxada qaldığını bildirib. F. Kərimova gözündəki problemi də həll etdikdən sonra silsilə olaraq 10 klip çəkdirəcəyini deyib. Xalq artisti hazırda Nadir Qafarzadə ilə dörd duet üzərində işlədiklərini, həmin duetlərin də hər birinə klip çəkiləcəyini vurğulayıb. Bundan başqa, F. Kərimova bəstəkar Elçin İmanovun “Yalan imiş, yalan” mahnısını da lentə aldıracağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR