Bank Of Baku

İlhamə Quliyeva sentyabr ayında Yaşıl Teatrda hesabat konserti verəcək

İlhamə Quliyeva sentyabr ayında Yaşıl Teatrda hesabat konserti verəcək
# 20 avqust 2008 09:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyeva Yaşıl Teatr Bakı Konsert Kompleksində solo konsert verəcək. Bu barədə APA-ya məlumat verən müğənninin mətbuat katibi Faiq Ələkbərli bildirib ki, konsert sentyabrın ortalarına planlaşdırılır: “İlhamə xanım səhnə fəaliyyətinin 40 illiyi ilə əlaqədar konsert verəcəyinə bildirmişdi. Bu, İlhamə Quliyevanın hesabat konserti olacaq. Üç saatadək davam edəcək konsertdə İlhamə xanım canlı çıxış edəcək. Müğənni məxsusi olaraq konsert üçün hazırladığı kompozisiyaları da ifa edəcək”.

Bir günlük konsertin yüksək səviyyədə təşkil olunacağını deyən mətbuat katibinin sözlərinə görə, İ. Quliyeva səhnəyə Almaniyadan gətirdiyi geyimlərdə çıxacaq. Mətbuat katibi İ. Quliyevanın konsertin təşkilatçılığını impressariosu Tolikə həvalə etdiyini bildirib.

Hazırda konsertin adı və keçiriləcəyi gün dəqiqləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR