Bank Of Baku

İranın tanınmış xalça ustası Zaminad Baxşəli Bakıya gəlib

İranın tanınmış xalça ustası Zaminad Baxşəli Bakıya gəlib
# 22 avqust 2008 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İranın tanınmış xalça ustası Zaminad Baxşəli Bakıya gəlib. Xalça ustasının ölkəmizə səfəri Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyində keçiriləcək “Yun məmulatlarının təbii rənglənmə üsulları” mövzusunda dəyirmi masada iştirak etməkdir.

Muzeydən APA-ya bildirilib ki, Z. Baxşəlinin xalçaları Böyük Britaniya və Fransada nümayiş etdirilir. Hətta İranda onu xalçanın atası adlandırırlar. Bakıda səfərdə olan xalça ustasının sözlərinə görə, xalçanın istehsalında iplərin rənglənməsi böyük önəm daşıyır və İranda ipi təbii rəng vasitələri ilə rəngləyirlər. Xalça ustasının fikrincə, hər dülgərin öz rənglənmə üsulu var.

Dəyirmi masada Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyinin nəzdində xalçanın toxunmasında istifadə olunan iplərin təbii rənglənməsi laboratoriyasının tikilməsi məsələsi də müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR