Bank Of Baku

“Yun məmulatlarının təbii rənglənmə üsulları” mövzusunda dəyirmi masa keçirilib

“Yun məmulatlarının təbii rənglənmə üsulları” mövzusunda dəyirmi masa keçirilib
# 23 avqust 2008 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Yun məmulatlarının təbii rənglənmə üsulları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Ərdəbil şəhərində yaşayan xalça və boyaçılıq sənətinin ustadı Zaminad Baxşəli də iştirak edib. Tədbirdə çıxış edən Z.Baxşəli bildirib ki, o, uzun illərdir, boyaçılıq sənətinin bütün sirlərini yaşatmağa və daima tətbiq etməyə çalışıb: “Hələ orta əsrlərdə Səfəvilər dövründə mövcud olan xalça texnologiyasının sirlərinə malik olmaqla, bu gün həmin təcrübəni həyata keçirirəm. Çox sevinirəm ki, bu gün müəllifi olduğum xalçalar Böyük Britaniya, Fransa və digər başqa ölkələrdə nümayiş etdirilir”.

Z. Baxəli bildirib ki, böyüdüyü Ərdəbil şəhəri xalçaçılıq və boyaçılıq sənətinin qədim mərkəzlərindən biridir. Bu bölgədə xalçaçılıq və boyaçılıq sənəti qədim dövrlərdən indiyədək inkişaf mərhələləri keçib. Xalça ustasının sözlərinə görə, xalçanın istehsalında iplərin rənglənməsi böyük önəm daşıyır və İranda ipi təbii rəng vasitələrlə rəngləyirlər. Xalça ustasının fikrincə hər dülgərin öz rənglənmə üsulu var. Dəyirmi masada Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyinin nəzdində vasitələri xalçanın toxunuşunda istifadə olunan iplərin təbii rənglənməsi laboratoriyasının tikilməsi məsələsi də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR