Bank Of Baku

Azərbaycanlı bəstəkarın əsəri İsveçrədə keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Azərbaycanlı bəstəkarın əsəri İsveçrədə keçirilən beynəlxalq  müsabiqədə birinci yerə layiq görülüb
# 25 avqust 2008 08:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İsveçrədə keçirilən IV gənc bəstəkarların “Pre-Art” müsabiqəsində azərbaycanlı gənc bəstəkar Firudin Allahverdi birinci yerə layiq görülüb. Bəstəkar APA-ya bildirib ki, professor Roland Moserin rəhbərliyi etdiyi münsiflər heyətində Matthias Arter, Boris Previsic və Stefan Wirth təmsil olunub. Müsabiqəyə göndərilən 500-ə yaxın əsər arasında Firudin Allahverdinin təqdim etdiyi “Paradoxes” əsəri I, Latviya bəstəkarı Anita Miezenin göndərdiyi “Gleichzeitigkeit" əsəri II, Kosova təmsilçisi Dafina Zeqirinin əsəri isə III yerə layiq görülüb. Firudin Allahverdi deyib ki, müsabiqədə qalib gəldiyi üçün Pre-Art tərəfindən 12-29 oktyabr tarixləri arasında İsveçrəyə dəvət olunub. Bəstəkarın birincilik qazanmış əsəri isə 2008-ci ilin oktyabrında “Boswil” ansamblının ifasında İsveçrənin, həmçinin turne şəklində Çexiya, Sloveniya, Polşa və Rusiyanın şəhərlərində ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR