Bank Of Baku

Fəxriyyə Xələfova Pier Kardini Azərbaycana dəvət edəcək

Fəxriyyə Xələfova Pier Kardini Azərbaycana dəvət edəcək
# 25 avqust 2008 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Modelyer Fəxriyyə Xələfova moda əfsanəsi Pier Kardini Azərbaycana dəvət edəcək. Bu barədə APA-ya məlumat verən modelyer səfərin reallaşıb-reallaşmayacağını bilmədiyini deyib. Onun sözlərinə görə, 86 yaşlı moda əfsanəsinin Azərbaycana gəlməsi ölkədə moda sahəsinin inkişafına təkan verəcək:

“Yaxın vaxtlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni moda kolleksiyasının nümayişini keçirməyi planlaşdırmışam. Bu nümayişdə teatrın foyesində foto-sərgi də düzənləmək fikrindəyəm. Foto-sərgidə unikal modalardan ibarət fotolar nümayiş etdiriləcək. Bu sərginin bir neçə gün nümayiş etdirilməsini istəyirəm. Burada dünyanın tanınmış muzeylərində saxlanılan geyim nümunələri, Hollivud filmlərinin muzeylərdə saxlanılan ən məşhur geyimlərinin fotoları əks olunacaq. Əslində belə bir tədbiri keçirmək o qədər də asan deyil. Bu fotoları toplamaq üçün uzun zaman sərf etmişəm. Hətta fotoların bir hissəsi Paris Moda Muzeyindən göndərilib. Bu tədbirdə moda əfsanələrindən biri olan Pier Kardindən eksklüziv olaraq şəxsən onun təqdim etdiyi fotolar da qonaqların ixtiyarına veriləcək. Tədbir iştirakçıları bu fotoları ilk dəfə görmək şansı əldə edəcəklər”.

F. Xələfova sözügedən tədbirdə Pier Kardinin özünün iştirakı üçün də hazırda danışıqların aparıldığını deyib: “Mən Pier Kardinlə 2000-ci ildən tanışam. Hər halda onu ən yüksək səviyyədə qəbul etmək lazımdır”.
Bununla bərabər modelyer Romada moda nümayişinə hazırlaşır. Modelyerin sözlərinə görə, bu nümayişdə o yeni kolleksiyasını daha böyük həcmdə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR