Bank Of Baku

Azərbaycanda 136-cı teatr mövsümünün açılışı Rus Dram Teatrının qarşısında keçiriləcək

Azərbaycanda 136-cı teatr mövsümünün açılışı Rus Dram Teatrının qarşısında keçiriləcək
# 25 avqust 2008 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 15-də Səməd Vurğun adına Rus Dram Teatrının binasının qarşısında 136-cı teatr mövsümünün açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya bildirilib ki, mərasimdə paytaxtda fəaliyyət göstərən bütün teatrlar iştirak edəcək. Tədbirdə hər bir teatr kollektivinin ifasında müxtəlif tamaşalardan fraqmentlər nümayiş olunacaq. Həmin gün yeni təmirdən çıxmış Rus Dram Teatrının binasının açılışı da olacaq.

Qeyd edək ki, ötən il 135-ci teatr mövsümünün açılış mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında keçirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR