Bank Of Baku

Maestro Niyazi və Müslüm Maqomayev haqqında arxiv sənədləri və fotolar Azərbaycan Dövlət Film Fonduna təqdim olunub

Maestro Niyazi və Müslüm Maqomayev haqqında arxiv sənədləri və fotolar Azərbaycan Dövlət Film Fonduna təqdim olunub
# 26 avqust 2008 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gürcüstandakı şəxsi arxivlərdən birindən Maestro Niyazi və Müslüm Maqomayev haqqında arxiv sənədləri və fotolar Azərbaycan Dövlət Film Fonduna təqdim olunub. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib.

Bundan əlavə, Böyük Britaniyadakı şəxsi arxivlərdən məşhur aktyor Robert Rossun 1960-cı ildə Bakıda səfərdə olan zaman çəkilən fotoları Film Fonda verilib. C. Quliyev deyib ki, həmin fotolar aktyorun Bakı gəzintisi zamanı çəkilib.

Qeyd edək ki, R. Ross “Sirk”, “Sirlər adası”, “Boksçular”, “Cəvahirlər adası” və digər filmlərdə baş rolları ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR