Bank Of Baku

Görkəmli aktyor Həsən Məmmədovun 70 illiyi qeyd olunacaq

Görkəmli aktyor Həsən Məmmədovun 70 illiyi qeyd olunacaq
# 26 avqust 2008 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, mərhum aktyor Həsən Məmmədovun 70 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev məlumat verib. Fondun təşkilatçılığı ilə düzənlənəcək yubiley mərasimi Muzey Mərkəzində baş tutacaq. C. Quliyev deyib ki, sentyabrın ortalarında keçiriləcək yubiley mərasimində H. Məmmədovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq və onun yaradıcılığından danışılacaq. Qeyd edək ki, Həsən Məmmədov “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində”, “Böyük dayaq”, “İstintaq”, “Alma, almaya bənzər“ və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR