Bank Of Baku

Azərbaycan karikaturaçıları beynəlxalq müsabiqədə iştirak ediblər

Azərbaycan karikaturaçıları beynəlxalq müsabiqədə iştirak ediblər
# 26 avqust 2008 15:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Haifa şəhər Bələdiyyəsi, İsrail Karikaturaçılar Assosiyasiyası və “Pencom” Karikaturaçılar Birliyinin təşkilatçılığı ilə keçirilən XIV beynəlxalq karikatura müsabiqəsində Azərbaycan karikaturaçıları da iştirak edib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, münsiflər heyətinin qərarı ilə orijinal karikatura və texnika nominasiyasında Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə və Makedoniyadan Jordan Pop İlievin əsərləri müsabiqənin xüsusi mükafatına layiq görülüblər. Ənənəvi təşkil olunan bu müsabiqədə I yeri V. Kazanevsky (Ukrayna), II yeri B. Bouton (Fransa), III yeri isə F. Origone (İtaliya) qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR