Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi İran və Novosibrskə səfər edəcək

Musiqili Komediya Teatrının kollektivi İran və Novosibrskə səfər edəcək
# 28 avqust 2008 07:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı İranda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Bu barədə APA-ya məlumat verən teatrın direktor müavini Elxan Ocaqov deyib ki, kollektiv festivalda Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası ilə çıxış edəcək.

Sentyabrın sonlarında isə teatr kollektivi Novosibirskə səfər edəcək. Səfər çərçivəsində yaradıcı heyət Qara Qarayevin “Çılğın qaskoniyalı” və İmri Kalmanın “Bayadera” əsərləri əsasında hazırlanmış tamaşalarla çıxış edəcək.

Sentyabrın 18-də yeni mövsümünü açmağı planlaşdıran teatr, həmin gün “O olmasın, bu olsun” tamaşasını tamaşaçıların ixtiyarına verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR