Bank Of Baku

I “Balkan və Qara Dəniz” qısametrajlı filmlərin beynəlxalq müsabiqəsində Azərbaycan da təmsil olunacaq

I “Balkan və Qara Dəniz” qısametrajlı filmlərin beynəlxalq müsabiqəsində Azərbaycan da təmsil olunacaq
# 28 avqust 2008 19:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 12-14-də Yunanıstanın Kalamira şəhərində keçiriləcək I “Balkan və Qara Dəniz” qısametrajlı filmlərin beynəlxalq müsabiqəsində Azərbaycan da təsmil olunacaq. Festivalda “Nərimanfilm” kino kompaniyasının istehsalı olan “Pəri Qala” qısametrajlı filmi nümayiş olunacaq.

Kompaniyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, filmin ssenari müəllifi İradə Səyya, rejissoru İlqar Safat və Mikayıl Mikayılovdur. Qeyd edək ki, “Pəri qala” qısametrajlı filmi “Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 2007-ci ildə çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR