Bank Of Baku

Azərbaycanlı rəssam Türkiyədə keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı rəssam Türkiyədə keçirilən beynəlxalq müsabiqənin qalibi olub
# 28 avqust 2008 12:24 (UTC +04:00)
İstanbul-APA. İstanbulun Üsküdar bələdiyyəsinin keçirdiyi VI beynəlxalq rəsm müsabiqəsində azərbaycanlı rəssam Rafiq Əzizov birinci yeri tutub. APA-nın Türkiyə bürosunun məlumatına görə, müsabiqə “Çamlıca təpəsindən görünən İstanbul” mövzusunda keçirilib. Rafiq Əzizovun bu mövzuda çəkdiyi 80X100 ölçüsündə peyzaj rəsmi 10 ölkədən təqdim olunmuş əsərlər arasında birinci yerə layiq görülüb. Soydaşımız 2,500 dollar pul mükafatı və xüsusi diplomla təltif olunub.

Qeyd edək ki, 1953-cü ildə Göyçay rayonunda anadan olan Rafiq Əzizov 16 ildir ki, Türkiyədə yaşayır. Ölkənin ən böyük özəl təhsil qurumu olan Yedditəpə Universitetində müəllim işləyən soydaşımızın İstanbulda indiyə kimi 20 fərdi sərgisi açılıb. Türkiyə Dəniz Qüvvələri Komandanlığının sənət layihələrində iştirak edən Rafiq Əzizov komandanlığın muzeyində saxlanan tarixi əsərlərin bərpası üzərində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR